Azərbaycan prezidenti Donald Rrampa başsağlığı verib


Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampa bu ölkənin Pittsburq şəhərində sinoqoqa hücum zamanı ölənlərlə bağlı başsağlığı verib.

İ.Əliyev Pittsburqda baş vernlərdən kədərləndiyini ifadə edib.

"Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", Azərbaycan preizdenti yazıb.

ABŞ-ın Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində 11 nəfərin öldüyü bildirilir.

Ölənlərin səkkizi kişi, üçü qadındır. Hücumçuya müqavimət göstərib, ona atəş açıb və zərərsizləşdirən polis zabiti də daxil olmaqla 6 nəfər hadisə zamanı yaralanıb.