Emil Səlimov: "Qurban Məmmədov pozuculuqla məşquldur"


"Bir neçə il bundan qabaq müxalifətin içində təxribatlar yaratmaq, hər fürsətdə müxalifəti gözdən salmaq işilə Rauf Arifoğlu məşğul idi. Rauf zaman içində ifşa olundu, maskası cırıldıqca yazdıqlarına fikir verən də olmadı. Son 6 ayda həmin pozuculuq işilə Qurban Məmmədov məşğul olur"

7gun.org saytı xəbər verir ki, bu sözləri AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov deyib.

Emil Səlimov bildirib ki, MŞ rəhbərliyi tam 6 ay səbr etdi. Onun şər və böhtanlarına fikir vermədi. Nəhayət, MŞ rəhbərliyi qərara gəldi ki, onun haqqında bəzi həqiqətləri, xüsusilə də onun hakimiyyətlə əlaqələri və MŞ-dan uzaqlaşdırılması səbəbləri barədə xalqa məlumat versin.

"Xalq məlumatlandırılır ki, Qurban Məmmədov tərəfindən aldadıla bilməsin. "Qurbana fikir vermək lazım deyil" deyən dostlar, narahat olmayın, bir neçə gündən sonra Qurban Məmmədov heç kimin yadına düşməyəcək. Düşünmürəm ki, maskası cırıldıqdan sonra o utanıb, susacaq. Yox, goplamaqda, yalan danışmaqda davam edəcək. Onu dinləyənlər də olacaq. Lakin necə ki, bu gün Eynullanın və Raufun yazdıqları heç kimi aldada bilmir, sabah da Qurban Məmmədovun dedikləri şər, böhtan heç kimi aldada bilməyəcək. Hələlik isə bu adamı xalqa olduğu kimi tanıdaq ki, az məlumatlı soydaşlarımızı aldada bilməsin" - deyə AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov əlavə edib.