Polis etiraz aksiyası keçirir


7gun.org Trend-ə istinadən xəbər verir ki, polis əməkdaşları maaşlarının artırılmasını, pensiya təminatı sisteminə dəyişiklik edilməsini tələb edirlər.
İş vaxtından da artıq çalışdığını deyən polislər "Bayramlarda da gecə-gündüz iş, hökumətdən isə heç bir kömək yoxdur", "Bizi dilənçi kökünə salmayın!" kimi şüarlar səsləndiriblər.


Varşavada toplaşan minlərlə polisə xilasedicilər də qoşulub.

Xatırladaq ki, polis əməkdaşları bundan əvvəl etiraz əlaməti olaraq qaydanı pozan sürücüləri ən yumşaq şəkildə cəzalandırırdılar. Onlar düşünürdülər ki, bu halda büdcəyə az pul daxil olacaq.