Orxan Baxışlıya hökm oxundu:6 il


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq Cəbhəsi Partiyasının gənc fəalı, böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Orxan Baxışlının işi üzrə prosesdə hökm oxunub.

7gun.org xəbər verir ki, məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib.

Prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Müdafiə tərəfi Baxışlıya bəraət verilməsini istəyib.

Xatırladaq ki, Baxışlı mayın 6-da saxlanılıb və polis guya onun üzərindən 6 qr heroin aşkar edib. Fəal ittihamları təkzib edib və narkotiki onun üzərinə polis əməkdaşlarının özlərinin atdığını bildirib.

Həbsindən bir neçə gün əvvəl - mayın 3-də Ümumdünya Mətbuat Günü ilə əlaqədar jurnalist Elmar Hüseynovun məzarı başında keçirilən tədbirdə Baxışlı jurnalistin qətlində ölkə hakimiyyətini ittiham edib. Həmkarlarının fikrincə, onun həbsinə məhz bu səbəb olub. Hüquq müdafiəçiləri Baxışlını siyasi məhbus kimi tanıyıblar.