Rusif Kərimov sədr seçilib– FOTOLAR


Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat seçki yığıncaqlarını davam etdirir.

7GÜN TV-i Asiya saytına istinadən xəbər verir ki, 23 fevral 2022-ci il tarixdə Viləşçay Su Anbarı İstismar İdarəsində partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib.

İclasda YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan partiyanın uğurlu fəaliyyətindən danışıb.

YAP Masallı Rayon Təşkilatının sosial şəbəkələrdə aktiv olmasını vurğulayan natiq buna görə partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra seçki yolu ilə Rusif Kərimov YAP Masallı Rayon Təşkilatı Viləşçay Su Anbarı İstismar İdarəsi Ərazi Partiya Təşkilatının sədri seçilib.

Rusif Kərimov sədr seçilib– FOTOLAR

Rusif Kərimov sədr seçilib– FOTOLAR

Rusif Kərimov sədr seçilib– FOTOLAR

Rusif Kərimov sədr seçilib– FOTOLAR

Rusif Kərimov sədr seçilib– FOTOLAR

Rusif Kərimov sədr seçilib– FOTOLAR