Ağsuda üstü açıq transformator sakinlərə təhlükə yaradır-ŞİKAYƏT


Ağsu rayon Babək küçəsində bərbad vəziyyətdə olan üstü açıq transformator əhalinin narazılığına səbəb olub.

7gun.org-ın məlumatına görə Sozcu.az saytına yazan Ağsu sakinləri bildirirlər ki, qurğu həm köhnə, həm də üstü açıq olduğundan bütövlükdə məhəllə sakinlərinə təhlükə törədir. Yağış yağanda isə təhlükə daha da böyük olur.

Sakinlər bildirirlər ki, transformatoru məhəllə sakinləri özlərinin vəsaiti ilə alıb. Ancaq uzun illərdir ki, qurğuya baxan yoxdur. Naqillər uşaqların əlləri çatan yerdədir. Hər yağış yağanda məhəllənin işıqları sönür, yağış kəsəndə güclə bərpa etmək mümkün olur.

Taransformatorun dəyişdirilməsini tələb edən məhəllə sakinləri qeyd ediblər ki, transformator dəyişdirilməsə, nə vaxtsa ciddi bir ziyanlıq yaradacaq və ondan sonrakı peşmançılıq heç bir fayda verməyəcək.