ABŞ-nın FHİ360 təşkilatının maliyyə dəstəyi keçirilən layihənin birinci hissəsi geridə qaldı.


Milli Mədəniyyətin Təbliği ictimai birliyinin daxil olan press-release-de deyilir: " ABŞ-nın FHİ360 təşkilatının tərəfdaşlığı ilə dövlət qrumlarının fəaliyyətində şəffalıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyəti insititutları, ictimai fəal insanların idarəçilikdə rolunun artırılması məqsədi ilə maarifləndirici layihə həyata keçirməkdədir. 31 mart 2022-ci il tarixində start götürən layihənin 1-ci mərhələsi başa çatmişdir. Layihə çərcivəsində aktiv vətəndaşlar, vətəndaş cəmiyyəti nümayəndələri, dövlət və özünü idarə etmə orqanlarının nümayəndələri arasında 15 sorğu keçirilmişdir.
Soğularda 231 nəfər o cümlədən 123 nəfər vətəndaslar , 48 nəfər QHT nümayəndəsi , 37 nəfər siyasi partiya nümayəndəsi , 23 nəfər isə müxtəlif dövlət və bələdiyyə qrumlarının nümayəndələri olmaqla iştirak etmişdir.
Sorğularda İctiami iştirakçılığa ayid 52 sual yerləşdirilmiş, 15 sorğu əsasında 2 ekspert rəyi yazılmışdır.
İctimai şuraların vəziyyətini təhlili haqqında məqalələr dərc edilmişdir.
ABŞ-nın FHİ360 təşkilatının tərəfdaşlığı ilə ictimai şuralar mövcud olan dövlət qrumlarına məktublar hazırlanaraq ictimai şuralarınfəaliyyətinin dahada səmərəli aparılması üçün dövlət qrumlarına tövsiyyə edilmişdir. Tövsiyyələr aşağıdakılardan idarətdir:
--Dövlət qrumları yanında ictimai nəzarət platforması yaradılsın, platformaya üzv olmaq sərbəst tutulsun;
--platformanın idarəçiliyi içtimai nəzarət platformasının üzvlərindən seçilmiş şura və qrumun ictiamayyətlə əlaqələr şöbəsi tərəfindən həyata keçirilə bilər ;
--içtimai şura hər ay iclas keçirməli aylıq və rubluk platforma üzvülərinə hesabat verməlidir, platforma üzvülərinin iclaslarda iştirakına qadağa qoyulmamlıdır;
--şura seçkiləri prosessinə qatılmaq istəyən platforma üzvü olmayan digər QHT-lərində iştirakı təmin olunmalıdır.
--hər seçki şuraların tərkibinin ən azı 1/3 hissəsinin dəyişməsi ilə həyata keçirilməlidir ki, buda bir başa demokratiya və şəffalığın əsas prinsiplərinə xidmət etməlidir.
--platformaya üzvlərin qəbulu sadə şəkildə e-mail və ya kağız daşıyıcıda müraciət əsasında şura və qrumun ictiamayyətlə əlaqələr şöbəsi tərəfindən həyata keçirilə bilər.
-- platformaya idarə edilməsi bütün üzvülərin e-maillərini birləşdirən şəbəkə vasitəsi ilə həyata keçirilməsi daha effektiv ola bilər. Buna misal olaraq Şərq tərəfdaşlığı vətəndaş cəmiyyəti şəbəkəsi, MHŞT vətəndaş cəmiyyəti şəbəkəsi, Dövlət Neft fondu yanında mövcüd olmuş vətəndaş cəmiyyəti şəbəkəsi, Açıq Hökümət vətəndaş cəmiyyəti şəbəkəsi və s. qeyd etmək olar.
İctimai birlik ictimai nəzarətin gücləndirilməsi üçün 40 qədər yerli və mərkəzi icra hakimiyyəti orqanına müraciət etmişdir.
İctimai şuraların fəliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq 2 webnar təşkil edilmişdir ki, bunlardan birincisi webnar “İctimai Şuraların fəaliyyətinin düzgün təşkil” olunmasına həsr edilmişdir. Webnarda vətəndaş cəmiyyəti nümayəndələri, ictimai aktiv vətəndaşlar, dövlət qrumlarının və dövlət qrumları yanında ictimai şuraların üzvüləri iştirak etmişdir. Webnarın əsas vaxtında 25 nəfər iştirakçı olmuşdur. Webnarın gündəliyin elan edildikdən sonra, 3 QHT nümayəndəsi 12 dəqiqə olmaqla təqdimatını etmiş daha sonra iştirakçıların koment, sual və iradları bölməsi başlanmışdır.
İkinci webnarın mövzusu “İctimai Şuraların idarəçilikdə rolu” olmuşdur. Webnarda vətəndaş cəmiyyəti nümayəndələri, ictimai aktiv vətəndaşlar, dövlət qrumlarının və dövlət qrumları yanında ictimai şuraların üzvüləri iştirak etmişdir. Webnarın əsas vaxtında 27 nəfər iştirakçı olmuşdur. Salamlaşma və webnarın gündəliyin elan edildikdən sonra, 3 QHT nümayəndəsi 10 dəqiqə olmaqla təqdimat etmiş,daha sonra iştirakçıların koment, sual –cavab bölməsi başlanmışdır. Məlumatda bildirilir ki, artıq layihənin sonuncu mərhələsi başlamışdır. "