7gun.org-da yaranmış texniki problemlər tezliklə həll olunacaq


Son bir neçə ayda 7gun.org-a qarşı edilən təzyiqlər nəticəsində saytda ciddi problemlər yarandı. Xüsusilə, saytın vaxtında yenilənməsi mümkün olmadı.

Bu barədə məlumat verən 7gun.org-ın redaktoru Rafiq Şahbazov hazırda texniki işçilərin həmin problemlərin aradan qaldırılması və saytın normal vəziyyətə qaytarılması üçün ciddi çalışıdıqlarını bildirdi. O, yaxın günlərdə saytın fəaliyyətinin bərpa olunacağına inandığını bildirdi. "Müstəqil mətbuatın fəaliyyətinə ciddi basqılar var. Yaxşı olardı ki, hakimiyyət müstəqil mətbuata qarşı təqib və təzyiqlərə son qoysun"-deyə o qeyd edib.

Rafiq Şahbazov 7gun.org-ın yutub kanalında həftədə iki dəfədən az olmayaraq yayımlanması nəzərdə tutulan layihəyə də tezliklə start veriləcəyini bildirdi. Onun sözlərinə görə layihə çərçivəsində insanları narahat edən ictimai və sosial problemlər barədə məlumatlar və polemikalar yer alacaq.

Lalə